Yeniyetmə taekvondoçular təlim-məşq toplanışında

Xəbərlər
27 Mart 2025 21:34
46
Yeniyetmə taekvondoçular təlim-məşq toplanışında

Taekvondo üzrə yeniyetmələrdən ibarət milli komandanın növbəti təlim-məşq prosesinə start verilib.

İdman.biz xəbər verir ki, martın 24-də Abşeron Olimpiya İdman Kompleksində start götürən hazırlıqlar aprelin 3-dək davam edəcək.

Bu il müxtəlif beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş taekvondoçularımız yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və komandanın böyük məşqçisi Cəlil Abdullayevin rəhbərliyi altında məşq keçirlər. Məqsəd qarşıdakı yarışlara hazırlıqdır.

İdman.biz