Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev Gimnaziada İdman Oyunlarına yola düşən milli komandamızın üzvləri ilə görüşüblər.
İdman.biz xəbər verir ki, ATF rəsmiləri yığmanın yarışa hazırlığı ilə maraqlanıblar.
Onlar aprelin 4-dən 14-dək Serbiyanın Zlatibor şəhərində keçiriləcək ISF U15 Gimnaziada taekvondoçularımıza uğurlar arzulayıb, qələbə qazanacaqlarına ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmiz sözügedən oyunlarda 18 idman növündə 191 idmançı ilə təmsil olunacaq.
İdman.biz