Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında taekvondoçuların mübarizəsinə yekun vurulub.
İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan millisi ikinci yarış günündə daha 9 qızıl və 1 gümüş medal qazanıb.
Taekvondoçularımızdan Fidan Muxtarzadə (29 kq), Tapdıq Quluzadə (33 kq), Musa Süleymanlı (37 kq), İnci Oruczadə (37 kq), Ədiş Cəlilov (49 kq), Elmir Səlimov (53 kq), Eda Eren (55 kq), Rəsul Cavadzadə (61 kq), Fuad Həsənov (+65 kq) qızıl, Elmira Bayrak (41 kq) gümüş medal qazanıblar.
Beləliklə, taekvondoçularımız ISF U15 Gimnaziada İdman Oyunlarında döyüş üzrə ümumilikdə 10 qızıl, 3 gümüş və 3 bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, bununla da millimizin aktivindəki medal sayı 50-yə yüksəlib.
İdman.biz