Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında taekvondoçuların pumse üzrə yarışları keçirilib.
İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan millisi yarışı 3 qızıl medalla başa vurub.
Komandamızın heyətində fərdi proqramda Nigar Şəkərəliyeva fəxri kürsünün birinci pilləsinə yüksəlib.
Qızlar arasında üçlük kateqoriyasında Fidan Qəhrəmanov, Ayan Məmmədzadə, Gülnar Kərimova, oğlanlar arasında üçlük kateqoriyasında isə Həmidqədir Məmmədzadə, Anil Abdulov, Orxan Ağazadə çempion adını qazanıblar.
Qeyd edək ki, bununla da Azərbaycan millisinin heyətində medal sayı 53-ə yüksəlib.
İdman.biz