Azərbaycanlı hakim Klublararası Avropa çempionatında

Xəbərlər
10 Aprel 2025 17:36
59
Azərbaycanlı hakim Klublararası Avropa çempionatında

Azərbaycanlı taekvondo hakimi Gündüz Abdullayev beynəlxalq təyinat alıb.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Qurumun Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Qran-pri, Klublararası Avropa çempionatı və “Tallin open” beynəlxalq turnirində ədaləti qoruyacaq.

Qeyd edək ki, bu gün start götürən turnirlər ayın 15-dək davam edəcək.

İdman.biz