Rafael Nadaldan vida açıqlaması

Xəbərlər
2 Yanvar 2024 15:10
233
Rafael Nadaldan vida açıqlaması

Dünyanın sabiq bir nömrəli raketkası Rafael Nadal gələcək karyerasına aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, ispaniyalı tennisçi bu il böyük ehtimalla sevimli idman növü ilə vidalaşacağını deyib.

O bildirib ki, hər şeyə hazırdır və 2024-cü ilin kortdakı son ilim olacağını başa düşür: "Bilirəm ki, çətin olacaq, ona görə də vidalaşmağa hazıram".

Qeyd edək ki, Rafael zədə səbəbindən ötən mövsümü boşa verib.

İdman.biz

Məqalədə: