Üç “Böyük Dəbilqə”də 90 qələbə qazanan ilk tennisçi - COKOVİÇ

Xəbərlər
14 Yanvar 2024 17:34
302
Üç “Böyük Dəbilqə”də 90 qələbə qazanan ilk tennisçi - COKOVİÇ

“Böyük Dəbilqə” yarışlarının 24 qat qalibi Novak Cokoviç “Australian Open”ə qələbə ilə start verib.

İdman.biz xəbər verir ki, bu, son çempionun turnirdə 90-cı qələbəsi olub.

Cokoviç xorvatiyalı Dino Prijmiçə 4 setdə qalib gəlib (6:2, 6:7 (5:7), 6:3, 6:4). Bu uğur nəticəsində Novak “Böyük Dəbilqə” seriyasından olan 3 turnirdə 90 qələbə qazanan ilk tennisçi olub. O, “Rollan Qarros” və “Uimbildon”da isə 92 dəfə rəqiblərini məğlub edib.

Qeyd edək ki, serbiyalı tennisçi 10 dəfə “Australian Open”də çempion olub.

İdman.biz