Nadal tennis səfiri olub

Xəbərlər
15 Yanvar 2024 22:39
250
Nadal tennis səfiri olub

İspaniyalı tennisçi Rafael Nadal Səudiyyə Ərəbistanında tennis səfiri olub.

İdman.biz xəbər verir ki, “Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibi ölkədə tennisin populyarlaşmasına xidmət edəcək.

Müqavilənin şərtlərinə görə, Nadal Ərəbistanda bu idman növünün inkişafı və yeni nəsil arasında kütləviləşməsi istiqamətində çalışacaq. O, ilin müəyyən zamanlarında ölkəyə səfər edib, öz təcrübəsini yerli idmançılar və mütəxəssislərlə bölüşəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında Nadalın tennis akademiyasının açılışı gözlənilir.

İdman.biz