Son çempionlar yarımfinala vəsiqə qazanıblar

Xəbərlər
23 Yanvar 2024 19:41
526
Son çempionlar yarımfinala vəsiqə qazanıblar

Mövsümün ilk “Böyük Dəbilqə” turnirində ilk yarımfinalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, “Australian Open”də dünyanın 1 nömrəli raketka ustası Novak Cokoviç mübarizəni davam etdirir.

Serbiyalı tennisçi 1/4 finalda amerikalı Teylor Fritsi məğlub edib. Turnirin hazırki qalibi yarımfinalda rusiyalı Andrey Rublyovu mübarizədən kənarlaşdıran Yannik Sinnerlə (İtaliya) qarşılaşacaq. Sabah mərhələnin Hurkaç – Medvedyev və Zverev – Alkaras oyunları baş tutacaq.

Qadınların yarışında ilk yarımfinalda ötənilki çempion Arina Sabalenka (Belarus) Koko Qaufla (ABŞ) üz-üzə gələcək. Bu cütün qalibi, böyük ehtimalla, turnirin də ən güclüsü olacaq. Noskova – Yastremska və Kalinskaya – Jenq duellərində sabah digər iki yarımfinalçı müəyyənləşəcək.

Qeyd edək ki, “Australian Open”də qadınların finalı şənbə, kişilər arasındakı həlledici oyun isə bazar günü keçiriləcək.

İdman.biz