“Australia Open”: Alkarasdan erkən vida

Xəbərlər
24 Yanvar 2024 18:49
205
“Australia Open”: Alkarasdan erkən vida

Tennis üzrə “Australia Open”in bütün yarımfinalçıları bəlli olub.

İdman.biz xəbər verir ki, qələbəyə əsas namizədlərdən Karlos Alkaras mübarizəni erkən dayandırıb.

İspaniyalı tennisçi 1/4 finalda Almaniyanı təmsil edən Aleksandr Zverevə uduzub. Oyun 3:1 (6:1, 6:3, 6:7 (2:7), 6:4) hesabı ilə yekunlaşıb. Mərhələnin digər görüşü daha gərgin alıb. Rusiyalı Daniil Medvedyev 5 setin yekununda polşalı Hubert Hurkaça qalib gəlib – 3:2 (7:6 (7:4), 2:6, 6:3, 5:7, 6:4).

Yarımfinalda Novak Cokoviç-Yannik Sinner və Aleksandr Zverev-Daniil Medvedyev görüşləri baş tutacaq.

Qadınların yarışında ukraynalı Dayana Yastremska və çinli Qinven Janq növbət mərhələyə vəsiqə qazanıblar. Azarkeşlər finala gedən yolda Koko Qauf-Arina Sabalenka və Dayana Yastremska-Qinven Janq mübarizəsini izləyəcəklər

Qeyd edək ki, turnirin final matçları şənbə və bazar günləri keçiriləcək.

İdman.biz

Məqalədə: