Bakı Tennis Akademiyasında qadınlar arasında beynəlxalq tennis turniri başa çatıb.
İdman.biz-in məlumatına görə, finalda yarışın yeddinci raketkasi, Fransanı təmsil edən Yaroslava Bartaşeviç hollandiyalı Peters Vrankeni məğlub edib. İlk setdə Bartaşeviç 7:6 hesabı ilə qalib gəlib, ikincidə də güclü olub - 6:4.
Qeyd edək ki, Bartaşeviç bir həftə əvvəl başa çatan daha bir Bakı turnirinin qalibi olub.
Nicat Zəkiyev
İdman.biz