Bakıda beynəlxalq padel turniri keçirilir

Xəbərlər
29 May 2024 17:39
148
Bakıda beynəlxalq padel turniri keçirilir

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tennis Federasiyasının və “Sea Breeze Resort”un təşkilatçılığı ilə "Sea Breeze Padel Cup" turniri keçirilir.

İdman.biz xəbər verir ki, yarışda yerli idmançılarla yanaşı Bolqarıstan, Türkiyə, Gürcüstan və Səudiyyə Ərəbistanı tennisçiləri də bacarıqlarını göstərirlər.

Ümumilikdə 50-dən artıq tennisçinin mübarizə apardığı yarışın ilk mərhələsi mayın 30-da yekunlaşacaq. Bir gün sonra isə 2-ci mərhələ start götürəcək. Turnirə iyunun 2-də yekun vurulacaq.

Qeyd edək ki, qalibə 1000, 2-ci yerin sahibinə 600, 3-cü pilləni tutana isə 400 avro pul mükafatı veriləcək.

İdman.biz

Məqalədə: