Uimbildon-2024: Paolini-Kreyçikova finalı

Xəbərlər
12 İyul 2024 00:13
223
Uimbildon-2024: Paolini-Kreyçikova finalı

Uimbildon-2024 “Böyük Dəbilqə” tennis turnirində qadınların mübarizəsində finalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, həlledici görüşdə Yasmin Paolini və Barbora Kreyçikova qarşılaşacaqlar.

Yarımfinalda italiyalı tennisçi çətin mübarizədə xorvatiyalı Donna Vekiçə qalib gəlib. O, məğlub duruma düşsə də, oyunda dönüş yarada bilib. Eyni ssenari digər cütdə də qeydə alınıb. Kreyçikova böyük əzmkarlıq göstərək, 2:1 hesabı ilə qalib gəlib.

Uimbildon-2024
1/4 final

Donna Vekiç (Xorvatiya) – Yasmin Paolini (İtaliya) – 1:2 (6:2, 4:6, 7:6 (8:10))
Barbora Kreyçikova (Çexiya) – Yelena Rıbakina (Qazaxıstan) – 2:1 (3:6, 6:3, 6:4)

İdman.biz