Kreyçikovanın 2-ci "Böyük Dəbilqə" titulu

Xəbərlər
13 İyul 2024 19:17
305
Kreyçikovanın 2-ci "Böyük Dəbilqə" titulu

Uimbildon-2024-də qadınların mübarizəsində final matçı keçirilib.

İdman.biz xəbər verir ki, həlledici görüşdə Yasmin Paolini və Barbora Kreyçikova qarşılaşıb.

Görüşün qalibi 3 setin yekununda müəyyənləşib. İlk iki setdə 6:2 hesablı nəticələr qeydə alınıb. Həlledici setdə daha inamlı çıxış edən çexiyalı tennisçi 6:4 hesabı ilə üstün olub.

32 yaşlı Kreyçikova karyerasında 2-ci dəfə “Böyük Dəbilqə” yarışında qələbə qazanıb. O, 2021-ci ildə “Rolan Qarros”da çempion tituluna yiyələnib. Paolini isə ardıcıl ikinci dəfə finalda uduzub. İtaliyalı tennisçi bir neçə ay əvvəl Fransadakı turnirin həlledici oyununda məğlub olub.

Uimbildon-2024, Qadınlar
Final
Barbora Kreyçikova (Çexiya) - Yasmin Paolini (İtaliya) – 2:1 (6:2, 2:6, 6:4)

İdman.biz