Top-10 rəqiblərə qalib gələ bilməyən Novakın revanş arzusu

Xəbərlər
14 İyul 2024 13:15
524
Top-10 rəqiblərə qalib gələ bilməyən Novakın revanş arzusu

Bu gün Uimbildon-2024 tennis turnirində kişilər arasında final matçı keçiriləcək.

İdman.biz xəbər verir ki, həlledici oyunda Novak Cokoviç və Karlos Alkaras üz-üzə gələcək.

Mövsümü uğursuz keçirən serbiyalı tennisçi ilk titulunu qazana bilər. Cokoviç 2024-cü ildə Top-10-da qərarlaşan həmkarlarını məğlub edə bilməyib. Alkarasla şəxsi görüşlərə gəlincə. Novak 3:2 hesabı ilə öndədir.

Ötən il Londonda keçirilən final qarşılaşmasında ispaniyalı tennisçi qələbə qazanıb - 3:2 (1:6, 7:6 (8:6), 6:1, 3:6, 6:4.) Cokoviç revanş almaqla “Böyük Dəbilqə”də 25-ci titulunu qazana bilər.

İdman.biz