Polşalı tennisçi Olimpiadadan kənarda

Xəbərlər
22 İyul 2024 20:16
189
Polşalı tennisçi Olimpiadadan kənarda

Polşa tennisçi Hubert Hurkaç Paris-2024 Yay Olimpiya Oyunlarda iştirakdan imtina edib.

İdman.biz xəbər verir ki, bu barədə raketka ustası özü məlumat verib.

Dünyanın 7 nömrəli tennisçisi zədə üzündən Olimpiadaya yollana bilməyib. Hurkaç Uimbildon-2024 turnirinin 2-ci mərhələsində dizindəki problem üzündən yarışı yarımçıq dayandılıb.

Qeyd edək ki, 27 yaşlı idmançı ATP yarışlarında 8 qələbə qazanıb.

İdman.biz