Cokoviçdən növbəti rekord

Xəbərlər
19 Avqust 2024 19:19
247
Cokoviçdən növbəti rekord

"Böyük Dəbilqə" turnirlərinin 24 qat qalibi Novak Cokoviç yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, o, reytinq cədvəlində 597 həftə Top-2-də qərarlaşıb.

Serbiyalı tennisçi Rafael Nadalın (596 həftə) rekordunu təzələyib. Cokoviç həm də reytinqə ən uzun müddət liderlik edən tennisçidir. Novak 428 həftə 1-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Cokoviç Paris-2024 Yay Olimpiya Oyunlarının çempion titulunu qazanıb.

İdman.biz