Sinnerdən məşqçi və fizioterapevtin işinə son

Xəbərlər
23 Avqust 2024 21:19
249
Sinnerdən məşqçi və fizioterapevtin işinə son

Dünyanın 1 nömrəli raketka ustası Yannik Sinner məşqçi və fizioterapevtlə əməkdaşlığa son qoyub.

İdman.biz xəbər verir ki, bu barədə İtaliyanın "Corriere dello Sport" nəşri məlumat yayıb.

Tennisçinin belə qərar verməsinə səbəb onun mart ayında verdiyi dopinq testin müsbət olmasıdır. Sinner cəza almasa da, məşqçi Umberto Ferrara və fizioterapevt Cakomo Naldinin işinə son verib.

Qeyd edək ki, qadağan olunmuş maddə Yannikin qanına anabolik vasitəsilə düşüb. Dərmanı Ferrara alıb, Naldi isə tennisçinin zədəli barmağını tibbi əlcəksiz müalicə edib.

İdman.biz