"Sea Breeze Padel Cup": İlk qaliblər bəlli olub

Xəbərlər
30 Avqust 2024 12:47
119
"Sea Breeze Padel Cup": İlk qaliblər bəlli olub

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə padel üzrə "Sea Breeze Padel Cup" beynəlxalq turnirində ilk mərhələnin qalibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, mübarizəyə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Rusiya, Bolqarıstan, Ukrayna, Böyük Britaniyadan olan iştirakçılar qoşulublar.

32 nəfərin qatıldığı yarışda Bolqarıstandan olan Vasil Mladenov - Kirill Dimitrov cütü çempion olub.

Yerli idmançılarımızdan Tamerlan Əzizovla Yusif Rzayev 2-ci, Türkiyədən olan Deniz Gürsoyla Şimşek Başaran 3-cü yeri tutub.

Yekunda qalib və mükafatçılara diplom və medallar təqdim olunub.

Qeyd edək ki, turnirə sentyabrın 1-də yekun vurulacaq.

İdman.biz