"Sea Breeze Cup"ın qalibləri bəlli olub - FOTO

Xəbərlər
2 Sentyabr 2024 01:46
331
"Sea Breeze Cup"ın qalibləri bəlli olub - FOTO

Padel üzrə "Sea Breeze Cup IV" beynəlxalq turnirinə bu gün yekun vurulub.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Rusiya, Bolqarıstan, Ukrayna, Böyük Britaniyadan olan idmançılar iştirak ediblər.

İki gün davam edən yarışda Vasil Mladenov və Kirill Dimitrov (Bolqarıstan) cütü çempion olub. Deniz Gürsoy və Şimşek Başaran cütü (Türkiyə) ikinci, ⁠Kaan Göne və Murat Ulu cütü (Türkiyə) isə üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, ilk mərhələdə 32 nəfərin qatıldığı yarışda Bolqarıstandan olan Vasil Mladenov - Kirill Dimitrov cütü çempion olub. Yerli idmançılarımızdan Tamerlan Əzizovla Yusif Rzayev 2-ci, Türkiyədən olan Deniz Gürsoyla Şimşek Başaran 3-cü yeri tutub.

Yarışı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev də olub.

İdman.biz