ATP reytinqi: Novak Cokoviç ilk üçlükdən kənar qalıb

Xəbərlər
9 Sentyabr 2024 10:01
94
ATP reytinqi: Novak Cokoviç ilk üçlükdən kənar qalıb

Peşəkar Tennis Assosiasiyasının (ATP) yeni dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Yannik Sinner liderliyini davam etdirir.

Onu 2 pillə irəlliləyən Aleksandr Zverev və əvvəlki kimi üçüncü olan Karlos Alkaras izləyir. Bir sıra dəyişikliklərin olduğu ilk “onluq” belədir:

1. Yannik Sinner (İtaliya) – 11180 xal
2 (+2). Aleksandr Zverev (Almaniya) – 7075
3. Karlos Alkaras (İspaniya) – 6690
4 (-2). Novak Cokoviç (Serbiya) – 5560
5. Daniil Medvedev (Rusiya) - 5475
6. Andrey Rublev (Rusiya) - 4645
7 (-5). Taylor Fritz (ABŞ) – 4060
8 (-1). Hubert Hurkatz (Polşa) – 4060
9 (-1). Kasper Ruud (Norveç) – 4010
10 (-1). Qriqor Dmitrov (Bolqarıstan) - 3965

İdman.biz

Məqalədə: