Tennis üzrə "Böyük Dəbilqə"də kişilərin mübarizəsində avropalı idmançıların üstünlüyü diqqəti çəkir.
İdman.biz xəbər verir ki, son 80 yarışın 79-da "Köhnə qitə" təmsilçiləri qələbəni bayram ediblər.
Avropalı olmayan və yeganə qələbəni aktivinə argentinalı Xuan-Martin del Potro yazdırıb. O, 2009-cu ildə US Opendə isveçrəli Roje Federeri məğlub edərək kuboku baş üzərinə qaldırıb.
Qeyd edək ki, mövsümün son yarışı olan US Openin finalında amerikalı Teylor Fritslə italiyalı Yannik Siner qarşılaşıb. Avropalı tennisçi hər üç setdə qələbə qazanıb - 6:3, 6:4, 7:5.
İdman.biz