Dünyanın bir nömrəli tennisçisinin qazancı açıqlanıb

Xəbərlər
12 Sentyabr 2024 15:11
873
Dünyanın bir nömrəli tennisçisinin qazancı açıqlanıb

Dünyanın bir nömrəli tennisçisi Yannik Sinner "US Open" turnirindəki çempionluqdan sonra 2024-cü ildə ən çox qazanan kişi tennisçisi olub.

İdman.biz xəbər verir ki, 23 yaşlı idmançı hazırda ispan Karlos Alkaras və serb Novak Cokoviçlə birlikdə kişilər arasında tennisin ən yaxşılarından sayılır.

Sinner bu yaxınlarda "US Open" turnirinin finalında amerikalı Teylor Fritsi 6-3, 6-4, 7-5 hesabı ilə məğlub edərək "Böyük Dəbilqə"də ikinci çempionluğunu qazanıb.
Bu qələbə ilə italiyalı kişi tennisçiləri arasında ilin ən çox qazanan oyunçu olub. Onun bu təqvim ilində ümumi gəliri təxminən 10,5 milyon dollar təşkil edib. Bu məbləğ əfsanələr Cokoviç və Rafael Nadalın 2024-cü ildə qazandıqları ümumi puldan iki dəfədən də çoxdur.

İdman.biz

Məqalədə: