Xorvatiyalı tennisçi Marin Çiliç qeyri-adi nəticəyə imza atıb.
İdman.biz xəbər verir ki, o, ATP turnirində qələbə qazanan ən aşağı reytinqli raketka ustası olub.
Hançjouda (Çin) keçirilən turnir start götürəndə Çiliç reytinq cədvəlində 777-ci pillədə qərarlaşıb. O, yarışın həlledici matçında yerli idmançı Çjan Çjiçjienya 2:0 hesabı ilə qalib gəlib - 7:6 (7:5), 7:6 (7:5).
Bundan əvvəlki rekord avstraliyalı Lleyton Hyuittə məxsus olub. O, 1998-ci ildə Adeliadada (Avstraliya) təşkil olunan turnirdə qələbə qazanan zaman reytinq cədvəlində 550-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Çiliç 2021-ci ildən sonra ilk titulunu qazanıb. Marin karyerası ərzində 21 qələbə əldə edib.
İdman.biz