"Böyük Dəbilqə" turnirlərinin 24 qat qalibi Novak Cokoviç Çində azarkeşlərindən üzr istəyib.
İdman.biz xəbər verir ki, serbiyalı tennisçi Pekin aeroportunda fanatlarla görüşməyib.
Cokoviç azarkeşlərin gözlədiyi deyil, digər qapıdan getməsinə aydınlıq gətirib: "Son 5 ildə ilk dəfə Çindəyəm. Sizin üçün darıxmışam. Çox, çox təəsüflənirəm ki, aeroportda azarkeşlərlə görüş baş tutmadı. Məni gözlədiyinizi eşidəndə çox üzüldüm. Başqa çıxışdan məni apardılar. Tezliklə sizin çoxunuzu Pekin və Şanxayda görəcəyimə ümid edirəm. Sizi çox sevirəm".
Qeyd edək ki, Novak Pekin Masters turnirində növbəti mərhələyə yüksəlib.
İdman.biz