Olimpiya çempionu Şanxayda 10-cu dəfə

Xəbərlər
9 Oktyabr 2024 20:53
121
Olimpiya çempionu Şanxayda 10-cu dəfə

Olimpiya çempionu Novak Cokoviç Şanxay tennis turnirində 1/4 finala yüksəlib.

İdman.biz xəbər verir ki, serbiyalı tennisçi Masters yarışında 10-cu dəfə bu uğura imza atan ilk raketka ustası olub.

Novak 1/8 finalda rusiyalı Roman Safiullini 6:3 və 6:2-lik setlərlə məğlub edib. Cokoviç növbəti mərhələdə Yakub Menşiklə (Çexiya) qarşılaşacaq.

Qeyd edək ki, Şanxay turniri 2009-cu ildən Masters statusu alıb. Builki mükafat fondu 9 milyon dollar təşkil edir.

İdman.biz