Şanxayda yarımfinalçılar bəlli olub

Xəbərlər
11 Oktyabr 2024 18:43
250
Şanxayda yarımfinalçılar bəlli olub

Şanxay tennis turnirinin yarımfinalçıları bəlli olub.

İdman.biz xəbər verir ki, son 1/4 final matçında Novak Cokoviç qələbə qazanıb.

Serbiyalı tennisçi Yakub Menşikə (Çexiya) qalib gəlib. Cokoviç yarımfinalda amerikalı Teylor Fritslə qarşılaşacaq. Digər cütdə Yannik Sinner (İtaliya) və Tomaş Maxaç (Çexiya) güclünü müəyyənləşdirəcəklər.

Qeyd edək ki, Şanxay Masters turnirinin mükafat fondu 9 milyon dollardır.

İdman.biz