Şanxayda Sinner qalib olub

Xəbərlər
13 Oktyabr 2024 14:32
135
Şanxayda Sinner qalib olub

Tennis üzrə Şanxay Masters turnirinin qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, finalda Yannik Sinner və Novak Cokoviç qarşılaşıb.

İtaliyalı tennisçi iki setdə qələbə qazanıb. Sinner serbiyalı həmkarını 7:6 (7:4), 6:3 hesabları ilə məğlub edib. Bu, Yannikin mövsümdə 7-ci titulu olub. O, şəxsi görüşlərdə ardıcıl 3-cü dəfə Novaka qalib gəlib.

Paris-2024-də Olimpiya çempionu olduqdaan sonra Cokoviç ilk dəfə finala yüksəlib.

İdman.biz