Vuhanın kraliçası - Arina Sabalenka

Xəbərlər
13 Oktyabr 2024 16:20
117
Vuhanın kraliçası - Arina Sabalenka

Arina Sabalenka Vuhanda (Çin) keçirilən WTA-1000 turnirinin çempionu olub.

İdman.biz xəbər verir ki, belaruslu tennisçi finalda yerli Çjen Sinvenlə qarşılaşıb.

Görüş 2 saat 41 dəqiqə sürüb. Sabalenka 2:1 hesabı ilə qalib gəlib - 6:3, 5:7, 6:3. Arina WTA turnirlərində 17-ci titulunu qazanıb. Belaruslu raketka ustası 3-cü dəfə Vuhanda keçirilən yarışda titula sahib çıxıb. O, burada keçirdiyi 17 oyunun hamısında qələbə qazanıb.

İdman.biz