Polşalı tennisçidən tarixi uğur - 7-ci dəfə

Xəbərlər
14 Oktyabr 2024 22:51
143
Polşalı tennisçidən tarixi uğur - 7-ci dəfə

İqa Şvyontek ikinci dəfə WTA reytinq cədvəlinə 50 həftədən çox başçılıq edəcək.

İdman.biz xəbər verir ki, polşalı tenniçi 1975-ci ildən keçirilən hesablamada bu uğura imza atan 7-ci tennisçi olub.

Şvyontek ümumilikdə 125 həftə reytinq cədvəlinin 1-ci pilləsində qərarlaşıb. O, ilk dəfə 2022-ci il aprelin 4-dən 2023-cü il sentyabrın 10-na kimi 75 həftə lider mövqeyini tutub. Bundan sonra liderliyi 8 həftə Arina Sabalenkaya (Belarus) güzəştə gedən İqa noyabrın 6-dan etbarən yenidən 1-ci olub.

Polşalı tennisçidən əvvəl Kris Evert, Martina Navratilova, Şteffi Qraf, Monika Seleş, Martina Hingis və Serena Uilyams analoji uğura imza atıblar.

50 və daha çox həftə reytinq cədvəlinə başçılıq edən tennisçilərin siyahısı:

Kris Evert - (2 dəfə, 113 həftə [1976-1978] və 76 həftə [1980-1982]);
Martina Navratilova - (2 dəfə, 156 həftə [1982-1985] və 90 həftə [1985-1987]);
Şteffi Qraf - (3 dəfə, 186 həftə [1987-1991], 87 həftə [1993-1995] və 94 həftə [1995-1997]);
Monika Seleş - (2 dəfə, 91 həftə [1991-1993] və 64 həftə [1995-1996]);
Martina Hingis - (2 dəfə, 80 həftə [1997-1998] и 73 həftə [2000-2001]);
Serena Uilyams - (2 dəfə, 57 həftə [2002-2003] и 186 həftə [2013-2016]);
İqa Şvyontek (2 dəfə, 75 həftə [2022-2023] və 06.11.2023-cü ildən - ...).

İdman.biz