İlin yekun turnirinin iştirakçıları bəlli olub

Xəbərlər
16 Oktyabr 2024 21:23
74
İlin yekun turnirinin iştirakçıları bəlli olub

Qadın Tennisçilər Assosiasiyası (WTA) ilin yekun turnirində iştirak edəcək raketka ustalarının siyahısını açıqlayıb.

İdman.buz xəbər verir ki, turnirdə 8 tennisçi mübarizə aparacaq.

Arina Sabalenka (Belarus), İqa Şvyontek (Polşa), Koko Qauff (ABŞ), Jasmin Paolini (İtaliya), Yelena Rıbakina (Qazaxıstan), Cessika Pequla (ABŞ), Çjen Sinven (Çin) və Barbara Kreyçikova (Çexiya) qələbə uğrunda yarışacaq. Bu oyunçulardan Çjen və Paoilini ilk dəfə bu şansı qazanıblar.

Qeyd edək ki, turnir noyabrın 2-9-da Ər-Riyadda keçiriləcək.

İdman.biz