Norveçli tennisçinin Səudiyyə Ərəbistanı qayğısı

Xəbərlər
17 Oktyabr 2024 22:09
34
Norveçli tennisçinin Səudiyyə Ərəbistanı qayğısı

Dünyanın 8 nömrəli raketka ustası Kasper Ruud Ər-Riyadda keçirilən "Six Kings Slam" turniri barədə danışıb.

İdman.biz xəbər verir ki, norveçli tennisçi Səudiyyə Ərəbistanının bu idman növü üçün uyğun məkan olmadığını deyib.

Ruud fikrini belə izah edib: "Səudiyyə Ərəbistanı bir çox məsələləri nəzərə alsaq, tennis üçün mübahisəli məkandır. Elə yerlər var ki, biz orada oynamağa yollanırıq. Pen Şua ilə bağlı Çində baş verənləri xatırlayın. Beləliklə, gələcəkdə Səudiyyə Ərəbistanında oynamalıyıq. Orada Masters turnirinin keçiriləcəyini eşitmişəm".

Qeyd edək ki, "Six Kings Slam" sərgi turnirində tanınmış tennisçilər çıxış edir və iştirakçılar minimum 1,5 milyon dollar qazanır. Qalib 6 milyon dollar gəlir əldə edəcək.

İdman.biz