Sinner Səudiyyə Ərəbistanında çempion olub

Xəbərlər
20 Oktyabr 2024 14:19
306
Sinner Səudiyyə Ərəbistanında çempion olub

Səudiyyə Ərəbistanında təşkil olunan Six Kings Slam tennis turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, finalda Yannik Sinnerlə Karlos Alkaras qarşılaşıb.

İtaliyalı raketka ustası 2:1 hesabı ilə qələbə qazanıb - 6:7 (5:7), 6:3, 6:3. Üçüncülük matçında isə Novak Cokoviçlə Rafael Nadal güclünü müəyyənləşdirib. Serbiyalı tennisçi hər iki setdə üstün olub - 6:2, 7:6 (7:5).

Qeyd edək ki, turniri keçirməkdə məqsəd tennisin Səudiyyə Ərəbistanında populyarlaşmasıdır.

İdman.biz