Novakdan imtina - çempion Paris Mastersə getmir

Xəbərlər
21 Oktyabr 2024 22:26
63
Novakdan imtina - çempion Paris Mastersə getmir

Novak Cokoviç mövsümün son Masters turnirindən kənarda qalacaq.

İdman.biz xəbər verir ki, serbiyalı tennisçi Paris yarışından imtina edib.

"Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi ötən il Fransa paytaxtında çempion olub. Cokoviç Paris Mastersdə 7 dəfə bütün rəqiblərindən güclü olub.

Qeyd edək ki, Novakın mövsümün qalan hissəsində keçiriləcək Devis kubokunun finalı və ilin yekun turnirində də iştirak etməyəcəyi bildirilib.

İdman.biz