Rafael Nadal peşəkar karyerasının ən unudulmaz anlarını açıqlayıb

Xəbərlər
22 Oktyabr 2024 17:15
43
Rafael Nadal peşəkar karyerasının ən unudulmaz anlarını açıqlayıb

"Böyük dəbilqə"nin 22 qat çempionu ispaniyalı tennisçi Rafael Nadal peşəkar karyerasının ən unudulmaz anlarını açıqlayıb.

İdman.biz xəbər verir ki, bu barədə AS portalı məlumat yayıb.

“Mənim üçün çox dəyərli anlar olub. Məsələn, Rolan Qarros-2006. Çünki ayaq zədəsindən sonra ilk ilim idi. Yenidən tennis oynayacağımı düşünmürdük. Karyeranızın sonrakı dövründə, artıq çox şeyə nail olduğunuz zaman zədələrə bir az fərqli obyektivdən baxırsınız. Amma yeni başlayanda və bütün həyatınız boyu buna hazırlaşanda, həqiqətən yaxşı olduğunuz ilk ildə bir daha oynamayacağınızı sizə söyləyəndə, çətin olur. Bu, bir neçə həftənin deyil, bir neçə ayın məsələsi idi", deyə tennis ustası vurğulayıb.

O, sonra Uimbldon-2008 və digər turnirlərlə bağlı xatirələrindən danışıb: "Uimbldon-2008, həmin il də çox yaxşı olan Olimpiya Oyunları karyeramın önəmli hadisəsi idi. Bütün 2013-cü il, çünki 2012-ci ildən sonra Uimbldondan Vina del Mara qədər oynamaq imkanım yox idi, dizlərim hələ də çox ağrıyırdı, baş verən hər şey çox emosional idi... Və Avstraliya-2022 - mənim üçün ən unudulmaz hadisə idi”.

İdman.biz

Məqalədə: