Dieqo Forlan peşəkar tennisdə

Xəbərlər
22 Oktyabr 2024 16:37
51
Dieqo Forlan peşəkar tennisdə

Uruqvaylı veteran futbolçu Dieqo Forlan noyabrda tennis üzrə “ATP Tour”da debüt edəcək.

İdman.biz xəbər verir ki, Montevideoda keçiriləcək namizədlər turnirinin təşkilatçıları keçmiş hücumçunun iştirakını təsdiqləyib.

Futbolçu karyerasını bitirdikdən sonra həvəskar tennislə məşğul olmağa başlayan 45 yaşlı Forlan ATP reytinqində 78-ci olan argentinalı Federiko Koria ilə cütlərin yarışında çıxış edəcək. Turnir noyabrın 11-dən 17-dək baş tutacaq. Sabiq hücumçunun nə vaxt və kimə qarşı mübarizə aparacağı hələlik məlum deyil.

Qeyd edək ki, Forlan futbolçu kimi Uruqvay millisində 112 beynəlxalq oyun keçirib. O, “Mançester Yunayted”, “Atletiko”, “Vilyarreal” kimi klubların formasını geyinib.

İdman.biz

Məqalədə: