Qadınlar arasında keçiriləcək ilin yekun WTA turnirinin püşkü atılıb.
İdman.biz xəbər verir ki, noyabrın 2-9-da Ər-Riyadda keçiriləcək turnirdə tennisçilər 2 qrupda yarışacaqlar.
Bönəvşəyi qrupda Arina Sabalenka (Belarus, 1), Jasmin Paolini (İtaliya, 4), Yelena Rıbakina (Qazaxıstan, 6) və Çjen Sinven (Çin, 7) mübarizə aparacaq. Narıncı qrupda isə İqa Şvyontek (Polşa, 2), Koko Qauff (ABŞ, 3), Cessika Pequla (ABŞ, 6) və Barbora Kreyçikova (Çexiya, 8) yer alıb. Qruplarda ilk iki yeri tutanlar yarımfinala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, amerikalı Emma Navarro və rusiyalı Darya Kasatkina ehtiyat oyunçular olacaqlar.
İdman.biz