Antibiotiklər Alkarasa kömək etmir

Xəbərlər
12 Noyabr 2024 19:42
92
Antibiotiklər Alkarasa kömək etmir

İlin yekun turnirində yarışan Karlos Alkaras özünü pis hiss etdiyindən məşqi yarımçıq tərk edib.

İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssis kortda cəmi bir neçə dəqiqə keçirə bilib.

Alkarasın baş məşqçisi Xuan Karlos Ferrero tennisçinin nəfəs almaqda çətinlik çəkdiyini bildirib. İspaniya mətbuatı Karlosun artıq 4 gündür antbiotiklərdən istifadə etdiyini yazıb.

Qeyd edək ki, turnirin ilk matçında Kasper Ruuda 0:2 hesabı ilə uduzan Alkaras sabah Andrey Rublyovla qarşılaşacaq.

İdman.biz