Serbiyalı tennisçi Novak Cokoviç "Qatar Airways" şirkətinin səfiri və məsləhətçisi olub.
İdman.biz xəbər verir ki, bu barədə hava yolları şirkətindən açıqlama yayılıb.
Novakın iştirakı ilə azarkeşlərlə tədbirlər və tennis turnirlərinin təşkil edilməsi nəzərdə tutulub. "Qatar Airways" Qətərin paytaxtı Dohada yüksək reytinqlı yarışın keçirilməsini planlaşdırıb.
Qeyd edək ki, Qətər Cokoviçin əsasını qoyduğu "Regenesis" layihəsinin bazası olacaq.
İdman.biz