İqa Şvyontek dopinqdə ilişib - ŞOK

Xəbərlər
28 Noyabr 2024 23:16
69
İqa Şvyontek dopinqdə ilişib - ŞOK

Tennis üzrə "Böyük Dəbilqə" yarışlarının 5 qat qalibi İqa Şvyontekin dopinq testi müsbət nəticələnib.

İdman.biz xəbər verir ki, bu barədə Peşəkar Tennisçilərin Beynəlxalq Agentliyi (ITIA) məlumat yayıb.

Polşalı raketka ustasının avqustun 12-də verdiyi test müsbət olub. Şvyontekin qanında qadağan olunmuş trimetazidin (TMZ) maddəsi aşkarlanıb. Qadın Tennisçilər Assosiasiyası (WTA) 23 yaşlı tennisçinin 1 aylıq diskavlifikasiya olunduğunu və çətin anda ona dəstək nümayiş etdirən açıqlama yayıb.

İqa məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, arxada qalan 2,5 ay ərzində günahsız olduğunu sübut etmək üçün çox çalışdığını amma nəticələrin uğursuz olduğunu bildirib: "Karyeramda heç vaxt eşitmədiyim qadağan olunmuş maddənin qanımda inanılmaz dərəcədə aşağı səviyyədə göstərən müsbət test bütün həyatım boyunca çox çalışdığım hər şeyi şübhə altında qoydu. Həm komandam, həm də mən böyük stres olduq. Mən heç bir pis şey etməmişəm. Ümid edirəm ki, siz həmişə mənimlə olacaqsınız".

Qeyd edək ki, Şvyontekin gələcəyi ilə bağlı yekun qərar müzakirələrdən sonra veriləcək.

İdman.biz