"Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi Novak Cokoviç karyerasının ən yaddaqalan oyunlarını açıqlayıb.
İdman.biz xəbər verir ki, serbiyalı tennisçi Wimbledon Open-2019 və Australian Open-2012-nin finallarını xatırlayıb.
Cokoviç 5 il əvvəl İngiltərədə Rojer Federerlə oyunu 1-ci pilləyə qoyub. O, Uimbildonda iki oyun xalını geri çevirərək, taybreykdə qazandığı qələbəni vurğulayıb.
Novak üçün Australian Open-2012-nin həlledici matçında Rafael Nadalla görüş də xüsusi önəm daşıyır. O, həmin matçı belə xatırlayıb: "Nadalın matç xalları olarkən, onun buna layiq olduğunu göstərmək istəyirdim. O, tora yaxınlaşdı, mən onu qabaqladım. Rafa ikinci oyun xalında isə bir az tərəddüd etdi və bundan istifadə etdim. Çox gərgin oyun alındı. Həm də karyeramın ən gərgin matçı idi".
İdman.biz