Dünyanın keçmiş 1 nömrəli tennisçisi Simona Halep Australian Open-2025-də çıxış edə bilməyəcək.
İdman.biz xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli raketka ustası Abu-Dabidəki nümunəvi çıxışdan sonra köhnə zədələrin yenidən onu narahat etdiyini bildirib: "Təəssüf ki, Abu-Dabidəki çıxışdan sonra dizim və çiynimdə ağrılar hiss etdim. Komandamla müzakirələrdən sonra növbəti mövsümün startı buraxmaq qərarına gəldik. Bunu heç arzulamırdım. Australian Оpen və Oklenddəki turnirlərin təşkilatıçlarına güzəştli karda görə təşəkkür edirəm. Ümid edirəm Kaluj-Napolidə doğma ruminyalı azarkeşlər qarşısında çıxış edə biləcəm".
Qeyd edək ki, Halep "Böyük Dəbilqə" yarışlarının ikiqat qalibidir. Onun Australian Opendə ən böyük uğuru 2018-ci ildə final olub.
İdman.biz