Cokoviçdən erkən vida

Xəbərlər
3 Yanvar 2025 19:38
51
Cokoviçdən erkən vida

"Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi Novak Cokoviç 2025-ci ilin ilk turnirində mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, serbiyalı tennisçi Brisbendə amerikalı Viktor Oplekaya uduzub.

Novak turnirin 1/4 finalında hər iki setdə rəqibinə məğlub olub. Reytinq cədvəlində 293-cü pillədə qərarlaşan Opelka 7:6 (8:6), 6:3 hesabları ilə qalib gəlib.

Qeyd edək ki, Cokoviç 10 gün sonra start götürəcək mövsümün ilk "Böyük Dəbilqə"si Australian Opendə iştirak edəcək.

İdman.biz