Yaponiyalı tennisçi Naomi Osaka uzun fasilədən sonra final həyəcanı yaşayacaq.
İdman.biz xəbər verir ki, o, Oklenddəki turnirin həlledici matçında oynayacaq.
Asiyalı idmançı yarımfinalda ABŞ təmsilçisi Alisiya Parksa qalib gəlib - 6:4, 6:2. Bu qarşılaşma 1 saat 13 dəqiqə çəkib.
Qeyd edək ki, dünyanın sabiq birinci raketkası sonuncu dəfə 2022-ci ildə final oynayıb.
İdman.biz