Son 47 ildə ən yaşlı ATP çempionu

Xəbərlər
11 Yanvar 2025 11:52
64
Son 47 ildə ən yaşlı ATP çempionu

38 yaşlı Qael Monfils son 47 ildə ATP turnirində qalib gələn ən yaşlı tennisçi olub.

İdman.biz xəbər verir ki, fransalı Oklend şəhərində keçirilən ATP-250 turnirində çempionluğu qazanıb.

Final günü 38 yaş 4 ay 10 günü tamam olan Monfils 25 yaşlı belçikalı Zizu Berqsə qalib gəlib - 6:3, 6:4.

Dünyanın 52-ci tennisçisi Monfils üçün Yeni Zelandiyada qazandığı titul karyerasında 13-cü olub.

Qeyd edək ki, 1977-ci ildə Ken Rozuoll 43 yaşında Honq Konqda keçirilən turnirin qalibi olub.

İdman.biz

Məqalədə: