Osakadan "Australian Open-2025"ə vida

Xəbərlər
17 Yanvar 2025 12:12
83
Osakadan "Australian Open-2025"ə vida

Dünyanın sabiq birinci raketkası Naomi Osaka "Australian Open-2025"lə vidalaşıb.

İdman.biz xəbər verir ki, yaponiyalı tennisçi 3-cü mərhələnin matçını sona çatdıra bilməyib.

O, 1/8 finala vəsiqə üçün Belinda Bençiçlə mübarizə aparıb. İlk setin gedişində tibbi fasilə götürən Osaka oyunu davam etdirərək tay-brekdə uduzub. 27 yaşlı idmançı birinci setdən sonra mübarizəni davam etdirməkdən imtina edib.

Qeyd edək ki, Naomi "Böyük Dəbilqə" turnirlərinin dördqat çempionudur.

İdman.biz

Məqalədə: