Karlos Alkaras Australian Open-2025-də qələbə qazanarsa bədəninə döymə etdirəcək.
İdman.biz xəbər verir ki, ispaniyalı tennisçinin yeni döyməsi kenquru olacaq.
"Böyük Dəbilqə"də növbəti mərhələyə yüksələn Alkaras mətbuat nümayəndələrinin sullarını cavablandırıb. Gənc ulduz Avstraliyada qələbə qazanmaq arzusunda olduğunu və bunun şərəfinə ölkənin simvolu kenqurunu döymə ilə bədəninə həkk etdirəcəyini bildirib.
Qeyd edək ki, Karlos 3-cü mərhələdə portqualiyalı Nunu Borgesə 3:1 hesabı ilə qalib gəlib - 6:2, 6:4, 6:7 (3:7), 6:2.
İdman.biz