İlk finalçılar bəlli olub

Xəbərlər
23 Yanvar 2025 19:28
92
İlk finalçılar bəlli olub

Australian Open-2025-də qadınların mübarizəsində finalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, Arina Sabalenka (Belarus) və Medison Kiz (ABŞ) həlledici oyuna vəsiqə qazanıblar.

Belaruslu tennisçi yarımfinalda hər iki setdə Paulo Badosaya qalib gəlib (6:4, 6:2). Digər cütdə İqa Şvyontek məğlub olub. Polşalı raketka ustası Kizə 1:2 hesabı ilə uduzub (7:5, 1:6, 6:7 (8:10)).

Sabalenka finalda titulu qorumağa çalışacaq, Medison isə karyerasında ikinci dəfə "Böyük Dəbilqə"nin həlledici görüşündə çıxış edəcək. Kiz ilk cəhdində uduzub.

Qeyd edək ki, final görüşü yanvarın 25-də keçiriləcək.

İdman.biz