Sobolenko finalda uduzub - FOTO

Xəbərlər
25 Yanvar 2025 15:35
98
Sobolenko finalda uduzub - FOTO

“Australian Open-2025”də qadınların yarışına yekun vurulub.

İdman.biz xəbər verir ki, finalda belaruslu Arina Sobolenko ilə ABŞ təmsilçisi Medison Kiz üz-üzə gəlib.

Dünyanın birinci raketkası matçın favoriti sayılsa da, qələbəni Kiz qazanıb. Reytinqin 14-cüsü üç setdə qalib gəlib – 6:3, 2:6, 7:5.


Bu, 29 yaşlı tennisçinin “Böyük dəbilqə”lərdə ilk titulu olub.

Qeyd edək ki, son iki ildə “Australian Open”də Sobolenko çempion olmuşdu.

İdman.biz

Məqalədə: