İtaliya Tennis Federasiyası 5-ci "Böyük Dəbilqə" turnirini təşkil etmək arzusundadır.
İdman.biz xəbər verir ki, qurum bunun üçün Madrid Masters yarışının hüquqlarını almaq istəyir.
İtaliyalılar qarşı tərəfə 550 milyon avro təklif ediblər. Federasiyanın məqsədi nüfuzuna görə dünyada ikinci olan Madrid və Roma Masters turnirlərini birləşdirib İtaliya "Böyük Dəbilqə"sini keçirməkdir. Bunun üçün yeni tennis kortunun da inşası planlaşdırılıb.
Qeyd edək ki, tennisdə "Australian Open", "Fransa Open", "Uimbildon Open" və "US Open" "Böyük Dəbilqə" yarışları keçirilir.
İdman.biz